Nazir məzunların uğursuz nəticələrinə görə hansı universitetləri HƏDƏF ALDI?

Hazırda oxunan: Nazir məzunların uğursuz nəticələrinə görə hansı universitetləri HƏDƏF ALDI?

270932

Azərbaycanda müəllimlərin işə qəbulu imtahan vasitəsilə aparılır. Lakin imtahanda iştirak edən bütün məzunların nəticələri ürəkaçan olmur. Müəllimlərin nəticələri barədə danışan elm və təhsil naziri Emin Əmrullayev deyib ki, ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs müəllimlərin işə qəbulu imtahanında minimal bal toplamırsa, o diplomu verən universitet məsuliyyət daşıyır.

Söhbət hansı universitetlərdən gedir və universitetlərdə pedaqoji kadr hazırlığındakı problemlər nədədir?
 

MÖVZU İLƏ BAĞLI:

MİQ imtahanı ilə bağlı YENİLİK – Bu müəllimlər üçün ödənişli OLACAQ


Mövzu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi nazirin haqlı olduğunu bildirib:

“Əgər biz pedaqoji kadr hazırlayırıqsa, həmin kadr mövcud tədris proqramlarına yaxından, dərindən bələd olmalı və tədris proqramlarını təhsilalanlara mənimsədə bilməlidir.

Təəssüflər olsun ki, biz müəllimlərin işə qəbul imtahanlarında bəzən məzun olanların imtahandakı nəticəsinə baxırıq ki, müvafiq olaraq keçid balından aşağı nəticə göstəriblər.

O zaman sual yaranır ki, bəs bu şəxs pedaqoji ixtisaslar istiqamətində necə təhsil alıb? Əgər aşağı göstəriciyə sahibdirsə, qiymətləndirilməsi necə həyata keçirilib və nə üçün həmin məzuna dövlət diplomu təqdim olunub?”

Ekspert hesab edir ki, belə halların qarşısını almaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq olaraq bəzi ixtisaslar, xüsusilə də pedaqoji ixtisasların akreditasiyası keçirilməli, yoxlama aparılmalıdır:

“Əsasən, pedaqoji ixtisaslar üzrə təhsil verən universitetlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, o cümlədən, Bakı Qızlar Universiteti, Xəzər Universiteti, həmçinin, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Naxçıvan Dövlət Universiteti və ADPU-nun bölgədə yerləşən filiallarıdır ki, onlarda pedaqoji kadr hazırlanması həyata keçirilir.

Bunların içərisində ADPU, BDU, Xəzər universitetinin tələbələri müəyyən qədər fərqlənirlər. Bölgələrdən də də Quba, Şamaxıda təhsil göstəriciləri müsbətə doğru fərqlənir.

Elə bölgələrimiz var ki, təəssüflər olsun ki, burada müəyyən qədər çətinliklər var və bu çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Bu il bəzi bölgə universitetlərində ibtidai sinif müəlllimliyi üzrə qəbul ya aparılmadı ya da plan yerləri azaldıldı.


Dediyim kimi, o ali məktəblər akreditasiyadan keçə bilmədi. Növbəti illərdə də bu prinsip tətbiq olunduğu halda həmin universitetlərdə olan pedaqoji ixtisaslar üzrə kadr hazırlığı dayandırılmalıdır və yəqin ki belə olacaq. Bizə lazımdır ki, tələbə pedaqoji ixtisaslar üzrə məzun olarkən əldə etdiyi nəticələri müvafiq olaraq müəllimlərin işə qəbulu imtahanında göstərə bilsin”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin