Bir dəfə “sındıra-sındıra” oynamaq üçün neçə min kredit götürmək lazımdır? – CEHİZ BAZARI 

Hazırda oxunan: Bir dəfə “sındıra-sındıra” oynamaq üçün neçə min kredit götürmək lazımdır? – CEHİZ BAZARI 

27087

Azərbaycanda toyların başlanması mebel bazarını aktivləşdiririb.

Bizim.Media bir “cehizlik” mebel dəstinin orta qiymətlərlə neçəyə başa gəldiyini araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Toyda vaksin vurdurmayan aşkarlanarsa kimlər cərimə olunacaq? - RƏSMİ CAVAB


Təbii ki, mebel bazarında yüsək qiymətlərlə təklif olunan mebellər də var ki, Azərbaycan reallıqları şəraitində onların orta və aztəminatı ailələr üçün əlçatmaz olduğunu nəzərə alaraq, bu qiymətləri nəzərə almamışıq.

Öncə qonaq dəstlərinin qiymətlərinə baxsaq, mebel bazarında bu cür mebellərin orta qiymətlərlə 3000-6000 manata təklif olunduğunu görərik. Bəzi qonaq otağı dəstələrinin tərkibində masa və stullar olsa da, bunların daxil edilmədiyi dəstlər də var.

Masa və stulların ayırıca qiymətlərinə gəlincə, 1000-3000 manata ev üçün vacib olan bu mebeli əldə etmək mümkündür.

3000-5000 manata “babat” yataq otağı dəsti almaq olar.

Yumşaq mebeli 1500 - 2500 manata “endirmək” olar.  Satışda modern üslubda olan dəstlər daha çox təklif olunur.

Qadınların işini rahatlaşdıran mətbəx mebeli daha aşağı qiymətlərlə təklif olunur – kiçik ölçülü mətbəxlərə 1000-2000 manata mebel yığdırmaq mümkündür. Əgər qızınıza dəhliz mebeli verməyi də zəruri hesab edirsinizsə, mebel bazarında orta qiymətlərlə 800-1000 manatdan onu əldə edə bilərsiniz.

Beləliklə, ortaya çıxan görüntü odur ki, toya hazırlaşan qız valideynləri  təkcə mebel üçün ən azı 12000-14000 manat xərcləməlidirlər.

Cehizin digər inqiridentləri  - elektrik avadanlığı, xalçalar, pərdələr, kiçik məişət avadanlıqları və s. də nəzərə alınsa “qız yükünü” həqiqətən də “duz yükü” olduğu aydınlaşmış olacaq. Bu isə heç də “oğlan evinin” üstünlüyü hesab olunmamalıdır. Təəssüf ki, Azərbaycanda evsizlik problemi indi təkcə gənc ailələri əhatə etmir. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin