Sürətli yeriş xərçəng riskini azaldır?

Hazırda oxunan: Sürətli yeriş xərçəng riskini azaldır?

270842

Honkonq Universitetinin alimləri müəyyən ediblər ki, sürətli yeriş xərçəngin yaranma riskinin qarşısını ala bilər.

Bizim.Media xəbər verir ki, “Journal of Cachexia, Sarcopenia and Muscle” jurnalında dərc olunmuş araşdırmaya görə, daha sürətli yeriyən insanlar onkoloji xəstəliklərlə, xüsusilə də ağciyər xərçəngi ilə daha az qarşılaşırlar.

Tədqiqat 430 mindən çox iştirakçını əhatə edən Böyük Britaniya biobankının məlumatları və Honq-Konqdan götürülmüş əlavə nümunələr üzərində qurulub. Analiz göstərib ki, sürətli tempi saxlayanlarda ümumi xərçəng riski 13–45 faiz daha az olub, ağciyər xərçənginə tutulma ehtimalı isə demək olar ki, yarıbayarı azalıb.

Alimlər bu təsiri onunla izah edirlər ki, sürətli yeriş əzələlərin daha yaxşı fəaliyyət göstərməsinə, iltihabi proseslərin azalmasına və daha sağlam maddələr mübadiləsinə səbəb olur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin