"Bütün xəstəliklərin çarəsi budur" - Tanınmış həkim

Hazırda oxunan: "Bütün xəstəliklərin çarəsi budur" - Tanınmış həkim

270838

"Ömrü uzatmağın yolu fiziki aktivlikdir".

Bizim.Media xəbər verir ki, bunu həm də aparıcılıqla məşğul olan rusiyalı həkim Aleksandr Myasnikov söyləyib.

"Bütün xəstəliklərin çarəsi fiziki aktivlikdir. 

Müxtəlif sorğularda insanlara ömrü uzadan amillər kimi dərman, diet və kalori məhdudiyyəti göstərilsə də, doğru cavab fiziki hərəkətlilikdir. Hərəkətsizlik ölüm səbəbləri arasında üçüncü yerdədir və xərçəng, ürək-damar xəstəliklərinin inkişafına yol açır".

Həkim həmçinin sağlamlığı yaxşılaşdırmağın ən sadə yollarından birinin gəzinti olduğunu qeyd edib. Onun sözlərinə görə, hətta liftdən istifadə etmək əvəzinə pilləkənlə qalxıb-enmək belə sağlamlığa faydalıdır. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin