Xərçəng olmadığını və Azərbaycanda səhv müalicə olunduğunu iddia edən Gürcüstan vətəndaşı sonda ona ilkin diaqnoz qoyan həkimə pənah gətirib.
Bizim.Media xəbər verir ki, Pərvanə adlı Gürcüstan vətəndaşı Azərbaycanda Milli Onkologiya Mərkəzinə müraciət edib və ona onkoloq Anar Məmmədov tərəfindən onkoloji xəstəlik diaqnozu qoyulub.
Altı ay əvvəl xəstəyə onkoloq tərəfindən beş kurs müalicə təyin edilib və xəstəliyin dördüncü mərhələdə olduğu bildirilib.
Azərbaycan vətəndaşı olmadığı üçün Pərvanə Gürcüstana qayıtmalı olub və həkim ona orada da müalicəsini davam etdirməsini tapşırıb.
Lakin Gürcüstanda özəl klinikada müayinə olunduqdan sonra xəstəyə Azərbaycanda səhvən xərçəng diaqnozu qoyulduğu bildirib. Pərvanə bu nəticəyə inanaraq müalicəsini yarımçıq saxlayıb.
Onkoloq Anar Məmmədovun Azərbaycanda qoyulan diaqnozun dəqiqliyini dəfələrlə təsdiqləməsinə baxmayaraq, nə xəstə nə də klinika bu iradı qəbul etməyib.
Müalicəsini davam etdirmədiyindən aylar sonra Pərvanənin vəziyyəti getdikcə pisləşib və ölkəmizdə ona Anar Məmmədov tərəfindən qoyulan diaqnozun dəqiqliyi bir daha təsdiqlənib.
Daha ətraflı videomaterialda:
Bizim.Media