58 yaşlı Zaqatala sakini döyülüb. Hadisə rayonun Bazar kəndində vətəndaşa məxsus bağ təsərrüfatında baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bazar kənd sakini, 58 yaşlı Tərlan Əliyev ona məxsus bağda naməlum şəxsin hücumuna məruz qalıb. Bu zaman tərəflər arasında mübahisə yaşanıb və qarşı tərəf Tərlan Əliyevin bədənin müxtəlif nahiyələrinə xəsarət yetirib.
Hadisədən sonra T. Əliyev ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə Tərlan Əliyevə hücum edən şəxs saxlanılıb.
Məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:14 / 16.09.2025
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər
Hazırda oxunan: Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər
Hazırda oxunan: Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər
270757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.