"Şuşada tarixi Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü təşkil olunub".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabındakı paylaşımında qeyd edib.
Hikmət Hacıyev qeyd edib ki, tədbir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluğun rəmzi kimi keçirilib:
"Qarabağ atlarının nümayişi mədəni irs və qardaşlığın simvolu olaraq bu müqəddəs torpaqda xalqları birləşdirib".
? Today at the historic Cıdır Plain in Shusha, an exemplary parade of Karabakh horses celebrated the enduring friendship between Azerbaijan and the United Arab Emirates. A symbol of heritage and brotherhood, the Karabakh horse once again connected cultures on this sacred land. pic.twitter.com/VHYP2QrUuR
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 16, 2025
Bizim.Media