15 sentyabrda Bakı metrosunda daşınan sərnişinlərin SAYI AÇIQLANDI

Hazırda oxunan: 15 sentyabrda Bakı metrosunda daşınan sərnişinlərin SAYI AÇIQLANDI

270734

AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni yeni tədris ilinin ilk günündə 891 856 sərnişin daşıyaraq metro tarixində ikinci ən böyük nəticəyə imza atdı.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bildirilib ki, bu həm də 2025-ci ilin rekord göstəricisi olmaqla, sərnişinlərin metro nəqliyyatına etimadını bir daha sübut etdi.

"İntervalın bir qədər də azaldılması ilə pik saatlarda xətlərdə 34 cüt qatarın hərəkətdə olması sərnişinlərin daha çevik hərəkətinə ciddi təsir göstərdi.

Pik saatlarda (gün ərzində ümumilikdə 5 saat) daşınan sərnişinlərin sayı gün ərzində metrodan istifadə edənlərin 43.06 %-ini təşkil etdi",- deyə əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin