xa0Moderator.az redaksiyasına Salyan rayonunun Xıdırlı kənd sakinindən Milli Məclisinxa0 60 saylı Salyan-Neftçala dairəsindən deputat Fəzail Ağamalıya ünvanlanmış şikayət ərizəsi daxil olub. Müraciətdə deyilir:
“Hörmətli Fəzail müəllim! Sizi narahat edən Salyan rayonunun Xıdırlı kənd sakini, həmin kəndin orta məktəbinin müəllimi Elşad Məmmədkərimovdur. Kəndimizdə məni bir müəllim, ziyalı kimi qayğılandıran əsas məsələlərdən biri də orta məktəbin şimal hissəsindən bir ailə tərəfindən özbaşına, qanunsuz şəkildəxa0 yol açılmasıdır. Həmin yol məktəbin qanuni ərazisixa0 hesab edilən stadionun düz mərkəzindən və məktəb binasının qarşısından keşərək kəndin digər mərkəzi yoluna birləşir. Məktəb həyətinə normal şəkildə daxil olmaq üçün bəhs edilən yola alternativ yol olduğu halda o yol nəyə gərəkdir? Həqiqət budur ki, sözügedən yol yalnız keçmişdə başçısı kənd icra nümayəndəsi olmuş Hüseynovlar ailəsinin rahatlığı üçün lazımdır. Çünki məktəb onlara buradan yaxındır. Keçmiş dövlət xəritəçəkmə komitəsinin rayon şöbəsinin əməkdaşları kəndimizdə işləyən zaman haqqında danışdığımız sabiq ərazi nümayəndəsixa0 məktəb həyətinin deyilən hissəsindənxa0 keçən yolun guya “qanuni olaraq” xəritəyə salınmasına nail olub. Görəsən, şəxsi məqsədlər üçün dövlətə məxsus təhsil obyektinin hasarını dağıdıb onun həyətindən özbaşına yol salmaqxa0 Azərbaycan qanunvericiliyindəki hansı qanuna uyğundur?xa0 Buna görə həmin xəritənixa0 tərtib edən qurum əməkdaşları da məsuliyyət daşımırmı?..xa0
Müraciətim mətbuatda yayılacağı halda, yəqin ki, onunla Təhsil Nazirliyi və Dövlət Əmlak Komitəsinin əməkdaşları daxa0 tanış olacaq və müvafiq nəticələr çıxararaq uyğun tədbirlər görəcəklər...
Harda görünüb ki, orta məktəbin həyətinin ortasından, özü də fiziki tərbiyə, hərbi hazırlıq dərsləri, ictimai tədbirlər, yarışlar keçirilən yeganəxa0 məktəb stadionunun düz mərkəzindənxa0 sakinlərin daim gedib-gəldiyi yol keçsin? Təbii ki, bu, öncə məktəbdəki tədris prosesinin pozulmasına və nizam-intizam səviyyəsinin aşağı düşməsinə səbəb olan amildir. Çünki stadionda və siniflərdə dərs gedə-gedə hər cür adam bu yolla ötüb keçir, səs-küy yaranır və nəinki stadiondakı, eləcə də sinif otaqlarındakıxa0 müəllim və şagirdlərin diqqəti yayınır. Öncə dediyim kimi, bəhs etdiyim yol məktəbin həyətindən keçərəkxa0 kəndin mərkəzi yoluna birləşir. Odur ki, Bunun bir təhsil ocağı üçün nə demək olduğunu özünüz düşünün.xa0 Təsəvvür edin ki, əgər fiziki tərbiyə müəllimi futbol dərsi keçirsə və ya məktəb, yaxud kəndlərarası yarış, rayon çempinatının oyunu keçirilirsə, aralarında yaşlı və ya qadınlar olan bir dəstə kənd sakini həmin yolla keçərkən müəllim, yaxud hakim oyunu dayandırmalı və həmin adamların keçib getməsini gözləməlidir.xa0
Qeyd edim ki, məktəb stadionundaxa0 xa02 dəfə futbol üzrə rayon çempionatının qalibi olmuş Xıdırlı kənd komandası mütəmadi məşqlər keçir və rəqiblərini qəbul edir.xa0xa0
Yağış yağan zaman kənd sakinləri stadiondan rezin çəkmələrlə keçirxa0 və nəticədə meydança şumlanmış tarlanı xatırladır. Axı stadion həm də müxtəlif əyləncəli oyunlar keçirən azyaşlı məktəblilərinxa0 sevimli məkanıdır...xa0
Müəllimlərə və kənd sakinlərinə bu özbaşınalığaxa0 qarşı kollektiv şəkildə şifahi və yazılı formada rəsmi qurumlara etiraz bildirmələri üçün müraciət etsəm də, onların sözü bir yerə gəlmir. Çünki bəhs edilən yolun “qanuni” “sahibi” olan Hüseynovlar ailəsindən ehtiyat edirlər.xa0 Bu səbəbdən 2008-ci ildəxa0 özüm təkbaşına həmin qanunsuz yolu bağlamağa cəhd göstərdim və onun qarşısını daşla hördürdüm. Rəsmi qurumlar isə qanunsuz yol açan vətəndaşı cəzalandırmaq əvəzinə məni – orta məktəbdə dərs prosesinin, müəllim-şagird kollektivinin haqqının pozulmasına etiraz edən müəllimi cəzalandırdı.xa0 Məni polis idarəsinə çağırıb xəbərdarlıq etdilər, Salyan Rayon İcra Hakimiyyəti isə “qanuni” şəkildə xeyli miqdarda cərimələtdi.xa0
Dəfələrlər İcra Hakimiyyətinə şikayət etsəm də, Prezident İlham Əliyevə müraciət yazsam da, heç bir müsbət nəticə yoxdur. Əksinə, bütün qurumlar mənim günahkar olduğumu bildirir.
Hörmətlixa0 Fəzail müəllim güman edirik ki, siz bir millət vəkili olaraq Xıdırlı kəndinin uşaq və gənclərinin təhsil və təlim səviyyəsinə bilavasitə mənfi təsir göstərən sözügedən olaya müdaxilə edəcək, nəticədə haqq öz yerini tapacaq və kəndimizdəki bu bıabırçılıq və qanunsuzluğa son qoyulacaq. Bir ailəyə görə dövlət təhsil müəssisəsinin hasarı sökülərəkxa0 yol çəkilməsinin qarşısı alınacaq. “Bu yol xəritədə var” deyib “qanun” arxasında gizlənənlər dəxa0 öz layiqli cavabını alacaq.
Möhtərəm Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vətəndaşlardan məmur özbaşınalığına qarşı mübarizədə dövlətə dəstək olmalarını xahiş edib. İnanırıq ki, bizim də haqlarımızın qorunmasınaxa0 yönəlmiş bu müraciətimizxa0 müvafiq hökumət qurumları tərəfindən ədalətlə qarşılanacaq və problem öz həllini tapacaq.
Hörmətlə: Məmmədkərimov Elşad Məmmdəkərim oğlu, Salyan rayonu Xıdırlı kənd sakini, kənd tam orta məktəbinin müəllimi”.
Qeyd: Şikayət ərizəsində adı çəkilən vətəndaş və qurumların məsələ ilə bağlı açıqlamalarına yer verməyə hazırıq.





























































































