2026-cı ilin sonuna ölkədə ümumi daxili məhsulun həcminin (ÜDM) 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in 101,7 milyard manat təşkil edəcəyi gözlənilir.
Bizim.Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9 faiz olacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 80 faizə çatacağı gözlənilir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkədə 83 milyard 37,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:50 / 16.09.2025
Gələn il Azərbaycanda ÜDM 134,1 milyard manat olacaq – PROQNOZ
Hazırda oxunan: Gələn il Azərbaycanda ÜDM 134,1 milyard manat olacaq – PROQNOZ
Hazırda oxunan: Gələn il Azərbaycanda ÜDM 134,1 milyard manat olacaq – PROQNOZ
270710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.