Bu şəxslərin diplomları Azərbaycanda tanınmayacaq – XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu şəxslərin diplomları Azərbaycanda tanınmayacaq – XƏBƏRDARLIQ

270694

“Xarici universitetlərə getmədən yalnız "onlayn" formada əldə edilən diplomlar Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınmır”.

Bizim.Media xəbər verir ki, bu barədə agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov məlumat verib.

Onun sözlərinə görə, mövcud qaydalara əsasən, xarici diplomların tanınması üçün universitetin fəaliyyət göstərdiyi ölkədə akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması vacibdir.

Bununla yanaşı, tələbə təhsil aldığı ölkədə müəyyən müddət fiziki olaraq iştirak etməlidir:

Əyani təhsil – tələbə ümumi təhsil müddətində azı 21 ay həmin ölkədə olmalıdır.

Qiyabi təhsil – hər il ən azı 25 gün təhsil aldığı ölkədə olmalıdır.

Tural Əhmədov bildirib ki, bu şərtlər yerinə yetirilmədiyi halda xarici diplomların tanınması mümkün deyil.

Aygün Hüseyn, Pərviz Allahverdiyev, Elcan Bəşirli - Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin