DİQQƏT! Bu rayonda işıq olmayacaq

Hazırda oxunan: DİQQƏT! Bu rayonda işıq olmayacaq

270684

Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bizim.Media xəbər verir ki, sentyabrın 16-da Babək rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.

Nehrəm qəsəbəsində yerləşən 35/10 kV-luq "Nehrəm" yarımstansiyasını qidalandıran 35 kV-luq "Nehrəm" hava elektrik verilişi xətti təmir olunduğundan 10 kV-luq "Nehrəm-1", "Nehrəm-2", "Nehrəm-3" və "Nehrəm-4" hava xətlərində gərginlik olmayacaq.

Bu səbəbdən saat 13:00-dan 14:00-dək Nehrəm qəsəbəsi, həmçinin Güznüt və Çeşməbasar kəndlərinin elektrik təchizatında fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin