Ülviyyə Zülfiqar: “Azərbaycanın bu mövqeyi dünyaya açıq mesajdır”

Hazırda oxunan: Ülviyyə Zülfiqar: “Azərbaycanın bu mövqeyi dünyaya açıq mesajdır”

270674

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü zamanı çıxışı bir daha göstərdi ki, qələbəmizin əsasında duran əsas amillərdən ən önəmlisi xalqın iradəsi, öz doğma torpaqlarına bağlılığı, dövlətlə vəhdətliyidir.
 

Ölkə başçısının vurğuladığı kimi, öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur. Bu, həm hərb meydanında əldə edilmiş tarixi ədalətin bərpası, həm də milli kimliyimizin və birliyimizin təntənəsidir.


Azərbaycanın əldə etdiyi bu zəfər sadəcə hərbi uğur deyil, həm də siyasi və diplomatik müstəvidəböyük nailiyyət oldu. Çünki məhz bu qələbə regionda yeni reallıqların yaranmasına, Azərbaycanın isə qalib dövlət kimi mövqelərini daha da möhkəmləndirməsinə gətirib çıxardı, sülhə açılan yol oldu.

Bu, Azərbaycanın regionda sülhün və sabitliyin qarantı olmasını nümayiş etdirir. Məqsəd bundan sonra heç vaxt müharibənin baş verməməsi, bölgədə uzunmüddətli təhlükəsizliyin təmin olunmasıdır.

Azərbaycanın bu mövqeyi dünyaya açıq mesajdır. Ölkə yalnız öz suverenliyini təmin etməklə kifayətlənmir, eyni zamanda gələcəyin dinc və sabit inkişafı üçün yol göstərir. Bu həm gücün, həm də ədalətin təntənəsidir. Ordumuzun gücü, xalqın birliyi, dövlətin qətiyyəti bu qələbəni mümkün etdi və indi həmin qətiyyət Azərbaycanı qalib ölkə olaraq sülhün qurucusuna çevirir.

Ülviyyə Zülfiqar - Siyasi şərhçi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin