Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Hazırda oxunan: Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

270644

Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 714,8 milyon manat ayrılması proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.

Beləliklə, müdafiə və milli təhlükəsizlik üzrə xərclərinin büdcədə xüsusi çəkisi 21 faiz olacaq.

Müdafiə və milli təhlükəsizlik üzrə xərcləri 2025-ci illə müqayisədə 318,5 milyon manat, yaxud 3,8 faiz çox olacaq. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin