Yataqxanasız UNİVERSİTETLƏR – “Bu gənclər harada qalacaq?”

Hazırda oxunan: Yataqxanasız UNİVERSİTETLƏR – “Bu gənclər harada qalacaq?”

270582

Azərbaycan İlahiyyat İnstitutu, Qərbi Kaspi Universiteti və bir sıra digər ali təhsil müəssisələrinin tələbə yataqxanası yoxdur. Bu isə tələbələrin yaşayış şəraitində ciddi problemlər yaradır.

Bəs universitetlərdə yataqxana problemi nə zaman həllini tapacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hazırda Azərbaycan təhsilində ən böyük problemlərdən biri tələbələrin yataqxana təminatıdır:

 “Söhbət təkcə hazırkı iki universitetdən getmir. Bir vaxtlar yataqxanaların bir qismi qaçqın və məcburi köçkünlərin istifadəsinə verildi. Bununla yanaşı, illər keçdikcə universitetlərdə tələbələrin sayı artdı. Bu gün biz bu məsələni kökündən həll etməliyik. Ən vacib məsələlərdən biri də elə budur”, - deyə millət vəkili bildirib. 

Deputatın sözlərinə görə, universitetlər də bu istiqamətdə maraqlı olmalı, tələbələrin yerləşdirilməsi məsələsi onların qarşısında tələblərdən biri kimi qoyulmalıdır:

 “Məsələn, universitetin tələbə sayını artırırlar, amma yataqxanası yoxdursa, bu gənclər harada qalacaq? Bu, ciddi sualdır. Bildiyim qədər İlahiyyat İnstitutu artıq müəyyən qədər tələbələri yataqxana ilə təmin edib. Amma ümumilikdə, bütün universitetlərdə bu məsələ yüksək səviyyədə həll olunmalıdır ki, tələbələr əziyyət çəkməsinlər. Bu, həm də universitetlərin reytinqinə təsir edən mühüm amildir”.

Aygün Hüseyn, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin