Əməliyyatsız burunşəkilləndirmə təhlükəsi – Mütəxəssisdən MÜHÜM XƏBƏRDARLIQ

Hazırda oxunan: Əməliyyatsız burunşəkilləndirmə təhlükəsi – Mütəxəssisdən MÜHÜM XƏBƏRDARLIQ

270546

Son zamanlar sosial şəbəkələrdə “əməliyyatsız burunşəkilləndirmə” prosedurlarına maraq xeyli artıb. İnsanlar bu xidməti daha tez, daha ucuz və cərrahi müdaxiləsiz olduğu üçün seçsələr də, eyni zamanda aldatma, saxta xidmət və fəsadlarla bağlı şikayətlər də çoxalır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan dermatoloq Ramil Qocayev bildirib ki, bu cür prosedurlar əslində olduqca təhlükəlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Burun əməliyyatından narazı olanlar nə etməli?


“Buruna yeridilən iynələr ətraf toxumalara ciddi zərər vurur. Həmin dolğular damar tıxanmasına səbəb ola, nəticədə burunda və digər orqanlarda ciddi problemlər yarada bilər.

Sonrakı mərhələdə çürümə, batıqlar əmələ gəlir ki, bu da erkən qocalmanı sürətləndirir”, – deyə həkim xəbərdarlıq edib.

Mütəxəssislər vətəndaşları bu tip prosedurlara müraciət edərkən diqqətli olmağa, xüsusilə qeyri-peşəkar şəxslərə etibar etməməyə çağırır.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin