"ChatGPT"yə bu məlumatları verməyin - TAM SİYAHI

Hazırda oxunan: "ChatGPT"yə bu məlumatları verməyin - TAM SİYAHI

270534

Süni intellektlə söhbətlər həyatımızın bir parçasına çevrilib, lakin onlar bizdən öyrəndikləri qədər biz də onlara çox şey açıqlayırıq. Çatlar artıq təkcə cavab vermir, həm də məlumatları “xatırlayaraq” fərdiləşdirilmiş dialoq qura bilir. Bu, rahat görünür, amma müəyyən risklər də yaradır.

Bizim.Media bu barədə xarici mediaya istinadla xəbər verir.

Çat-botların yaddaşı ya qısamüddətli olur (yalnız mövcud sessiyanı xatırlayır), ya da uzunmüddətli (platforma sizin haqqında faktları saxlayır və sonrakı söhbətlərdə istifadə edir). Bu, vaxtınıza qənaət edir, eyni məlumatları təkrar-təkrar soruşmur, məsləhətləri daha uyğun edir.

Üstünlüklər və risklər

Fərdiləşdirmə söhbəti insaniləşdirir. Bot sizin kofe sevdiyinizi və ya müəyyən dərmanları qəbul edə bilmədiyinizi xatırlayaraq uyğun məsləhətlər verir. Lakin risk də var. Yaddaş yanlış şərhlər verə, gözləmədiyiniz anda şəxsi məlumatı “xatırlada”, yaxud sızma nəticəsində kənarlara ötürülə bilər.

Heç vaxt paylaşmamağınız gərəkən məlumatlar

1.Şəxsi məlumatlar – pasport, sürücülük vəsiqəsi, ünvan, telefon, doğum tarixi.

2.Sağlamlıq məlumatları – analiz nəticələrini göndərərkən şəxsi detallarınızı silin.

3.Maliyyə məlumatları – bank kartı nömrələri, PİN kodlar, investisiya hesabları.

4.İş sirrləri və kod – daxili sənədlər, müştəri məlumatları, məxfi layihələr.

5.Login və şifrələr – onların saxlanması üçün menecerlər var, İA bu məqsəd üçün etibarlı deyil.

Özünüzü necə qorumalı

Çatları silin – sessiya bitəndən sonra söhbətləri təmizləyin.

Müvəqqəti chatdan istifadə edin – ChatGPT-də “temporary chat” funksiyası məlumatların saxlanmamasını təmin edir.

Anonim sorğular göndərin – məsələn, DuckDuckGo-nun Duck.ai xidməti ilə.

Hesabınızı qoruyun – güclü şifrə və iki faktorlu identifikasiya vacibdir. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin