Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Hazırda oxunan: Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

270428

Bu ilin iyul ayının 1-dən ölkədə əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilib.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, qadağadan sonra ölkədə nikahların sayı azalıb. Bu rəqəm yanvar ayında 4 717, fevralda 3 024, martda 3 465, apreldə 3 747, mayda 4 830, iyunda 5 032, iyulda isə 2694 olub.

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, qohum evliliklərinin qadağa olunması nikahların sayının azalmasına ciddi təsir edib.

O, həmçinin nikahlarının sayının azalmasını gənclərdə ailə institutuna marağın azalması ilə əlaqələndirir.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyul aylarında 12 146 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı hər 1 000 nəfərə 2.1-dən 2.0-a düşüb.

Daha ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin