Azərbaycan polisinə MƏKTUB - VİDEO

Hazırda oxunan: Azərbaycan polisinə MƏKTUB - VİDEO

27042

Azərbaycan Polisinin yaranmasından 103 il ötür.

Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb.

Azərbaycan Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Vilayət Eyvazov polisləri təbrik etdi


1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1 695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1 710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 143 nəfər orden və medallara layiq görülüb.

Sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2 640 nəfər xəsarət alıb.

Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında dövlət başçısı seçilməsi ilə Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoyub.

Dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. 2020-ci ilin sentyabr ayının 27-də başlanılan Vətən müharibəsinə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri qatılıb.

Vətən müharibəsinin birinci saatlarında Murovdağ istiqamətində olan əlverişli nöqtələr, o cümlədən Murov zirvəsi işğaldan azad edilib. Murovdağ döyüşləri zamanı "Pələng" və "Şahin" Xüsusi Təyinatlı Dəstələri savaşıb, şəxsi heyətdən 7 hərbi qulluqçu Murovdağ döyüşlərində şəhid olub. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb, 4 hərbçisi isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. 

Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə daha 26 polis “Vətənə Xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunub. 

Həqiqətən də, son illər aparılan islahatlar polisi insanlara yaxınlaşdırdığı qədər insanları da polisə yaxınlaşdırıb. Bunun kökündə duran əsas səbəblərdən biri də məhz Daxili İşlər Nazirliyinin heç vaxt olmadığı qədər mətbuata açıq olmasıdır.

Fəaliyyət elə qurulub ki, insanlar onları narahat edən məsələlərlə bağlı əvvəllər yaxın dost, qohumuna zəng vururdusa, indi adamın birinci ağlına gələn polisdir. Çünki hər şeyin qanun çərçivəsində, operativ həlli Daxili İşlər Nazirliyindən keçir. Ona görə də polisə ünvanlanan məktubların ardı-arası kəsilmir.

Bizim.Media olaraq 2 iyun Polis Günü münasibəti ilə asayişimizin keşikçilərini səmimi qəlbdən təbrik edirik. Onlara şərəfli işlərində uğurlar arzulayırıq.

Sonda isə polisə məktub videosunu təqdim edirik: 

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin