Bakıda “Comic Con Baku” pop-mədəniyyət festivalı keçirildi - FOTO

Hazırda oxunan: Bakıda “Comic Con Baku” pop-mədəniyyət festivalı keçirildi - FOTO

270404

14 sentyabr Bakı Konqres Mərkəzində “Comic Con Baku” pop-mədəniyyət festivalı keçirilib.

Bizim.Media xəbər verir ki, “CAVAN” Gənclər hərəkatı İctimai Birliyi və “Azerbaijan Cosplay Festivals”ın təşkil etdiyi festival bölgədə pop-mədəniyyətinin əsas mərhələsinə çevrilib və maraqlı məzmunu ilə iştirakçılara unudulmaz anlar yaşadıb.

Unikal platformaya çevrilən festivalda yerli və beynəlxalq kospley təmsilçiləri qonaq qismində iştirak ediblər. Hall-da isə iştirakçılar FIFA, Valorant, Mortal Kombat və digər məşhur oyunlarda qüvvələrini sınayıblar.

CAVAN Gənclər Hərəkatı İB-nin direktoru Ənvər İsmayılzadənin verdiyi məlumata görə minlərlə ziyarətçinin maraq göstərdiyi bu festival iştirakçılarda xoş təəssüratlar yaradıb. Bu tip layihələrə daha çox gənclər maraq göstərsə də, iştirakçılar arasında müxtəlif yaş kateqoriyalarından şəxslər olduğu bildirilib. (Redaktor.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin