Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, Şahdağda qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Mingəçevir, Yevlax, Şəmkir, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir leysan xarakterli intensiv yağış yağır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 19, Culfada 18 m/s-dək güclənir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:22 / 14.09.2025
Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA
Hazırda oxunan: Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA
Hazırda oxunan: Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA
270387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.