Bakı-Qazax magistral yolunda ağır qəza: 1 ölü, 1 yaralı var

Hazırda oxunan: Bakı-Qazax magistral yolunda ağır qəza: 1 ölü, 1 yaralı var

270303

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi ölümlə və xəsarətlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. İlkin versiyaya görə hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq kənardakı ağaca çırpılıb. 

Qəza zamanı avtomobil deformasiyaya uğrayıb və bir nəfər ölüb.  Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə hissəsinin xilasediciləri cəlb olunub.

Xüsusi avadanlıqların köməkliyi ilə 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda ölən və xəsarət alanların kimliyi müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin