Balakəndə küçədə atasını söyən şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Balakəndə küçədə atasını söyən şəxs HƏBS EDİLDİ

270270

Balakəndə atasını küçədə nalayiq ifadələrlə təhqir edən şəxs məhkəmə tərəfindən inzibati qaydada həbs olunub.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, hadisə rayonun Tülü kəndində baş verib.
 

1983-cü il təvəllüdlü kənd sakini A.Xəlilov sərxoş vəziyyətdə atasına küçənin ortasında söyərək ictimai qaydanı pozub. O, bundan sonra evdə də münaqişə yaradıb.


Polisə şikayətdən sonra sözügedən şəxs saxlanılıb və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə görə onun sərxoş olduğu müəyyən edilib.

Balakən Rayon Məhkəməsinin qərarı ilə kənd sakini İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi əsasında beş gün müddətinə inzibati həbs cəzası alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin