Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbrik ünvanlayıb.
Bizim.Media-nın məlumatına görə, təbrikdə deyilir ki, 1918-ci il iyulun 2-də asayişi mühafizə dəstələri ilə fəaliyyətə başlayan polis orqanları ötən müddətdə şərəfli bir xidmət yolu keçərək böyük təcrübə qazanıb.
Qeyd edilib ki, Azərbaycan Polisi respublikamızın ərazi bütövlüyünün, dövlətin konstitusiya quruluşunun qorunmasında önəmli xidmətləri və güclü nizam-intizamı olan mühüm bir dövlət təsisatıdır:
“Əminəm ki, bundan sonra da sabitliyin və təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaq, peşəkarlığınız, xalqa və Vətənə sədaqətli xidmətinizlə yeni-yeni nailiyyətlər əldə edəcəksiniz.
Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibətilə Sizi, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram!
Bayramınız mübarək!"
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:33 / 02.07.2021
Vilayət Eyvazov polisləri təbrik etdi
Hazırda oxunan: Vilayət Eyvazov polisləri təbrik etdi
Hazırda oxunan: Vilayət Eyvazov polisləri təbrik etdi
27027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.