Düşüncələrimizin taleyimizə TƏSİRİ – Mənfi fikirlər həyatımızı DƏYİŞİR?

Hazırda oxunan: Düşüncələrimizin taleyimizə TƏSİRİ – Mənfi fikirlər həyatımızı DƏYİŞİR?

270258

Pozitiv düşüncənin uğur və sağlamlıq gətirdiyi tez-tez vurğulansa da, mənfi düşüncələrin insan həyatına necə təsir etdiyi sual doğurur.

Bəs mənfi düşüncələr həqiqətən faciəyə, hətta ölümə səbəb ola bilərmi?

Psixoloq Əfsanə Rüstəmova Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələdə “müsbət” və “mənfi” anlayışları subyektivdir:

“Ölümün pis bir şey olduğunu iddia etmək düzgün deyil. Bəzi insanlar üçün axirət və ölüm daha xeyirli bir nəticə ola bilər. Yəni inanclı şəxslər üçün bu, mənfi nəticə sayılmır. Burada əsas olan düşüncə tərzinin sahiblərinin buna inanmasıdır. Onlar üçün pozitiv və neqativ anlayışlar fərqlənmir”.

Psixoloq vurğulayıb ki, insanlar öz dəyərlər sistemini dəqiq bilməli, yalnız öz həyatları üçün yaxşı olanı cəlb etməyə çalışmalıdırlar:

“Bəzən biz başqasının həyatını arzulayırıq, amma onu yaşadıqda həm yaxşı, həm də pis hadisələrə məruz qalırıq”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin