Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Hazırda oxunan: Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

270245

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşınma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha iki müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edir.

Qurumdan Bizim.Media-ya verilən xəbərə görə, 157 və 503 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar – "BusTrans" MMC və “BakuBus” MMC yeni avtobuslarla xətlərin istismarını müvafiq olaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.
 

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 AZN, Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70 AZN təşkil edəcək.


Hə iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin