İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Sentyabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Xocalının Daşbulaq kəndinə yola salınıb.
Bizim.Media xəbər verir ki, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə - 67 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. (Mənbə: AZƏRTAC)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:37 / 13.09.2025
Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO
Hazırda oxunan: Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO
Hazırda oxunan: Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO
270244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.