Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Xalq yazıçısı Natiq Rəsulzadə sosial şəbəkədə paylaşım edib.
O bu gün uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib.
Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb.1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Onlarla Azərbaycan filmində müxtəlif baş və ikinci dərəcəli obrazları canlandırıb.
"Azərbaycan SSR əməkdar artisti", "Azərbaycan SSR xalq artisti", Azərbaycan SSR Dövlət mükafatı, "Qızıl Dərviş" mükafatlarına layiq görülüb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.
"Ögey ana", "Ulduz", "Mateo Falkone", "Uzaq sahillərdə", "Babək", "Bir cənub şəhərində", "Böyük dayaq", "Arşın mal alan" və sair filmlərdə çəkilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:56 / 13.09.2025
“Ulduz” filminin Bəxtiyarı VƏFAT etdi
Hazırda oxunan: “Ulduz” filminin Bəxtiyarı VƏFAT etdi
Hazırda oxunan: “Ulduz” filminin Bəxtiyarı VƏFAT etdi
270214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.