Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yeddimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							22:32 / 12.09.2025
							
						Gənclər şəhərciyində yanğın olub, 15 nəfər təxliyə edilib - VİDEO
						
							
								Hazırda oxunan: Gənclər şəhərciyində yanğın olub, 15 nəfər təxliyə edilib - VİDEO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Gənclər şəhərciyində yanğın olub, 15 nəfər təxliyə edilib - VİDEO							
						270161
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































