Qoç - məqsədlər arasında çaş-baş qalmayın. Qarşınıza bir hədəf qoyun, onu prioritet sayın və əldə etməyə çalışın. Eyni vaxtda bir neçə iş görməyin heç bir mənası yoxdur.
Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla münaqişə istisna olunmur.
Çətin situasiyanın məqamlarını tezliklə çözün və dürüst qərarlar qəbul edin. Bu, peşəkarlığınızın ən bariz izharı olar. Axşam saatlarında şəxsi münasibətlərdə cəsarətli addım ata bilərsiniz.
Buğa - cari məsələlərin həllində nizamı pozmayın. Xidməti, maliyyə və məişət məqamlarındakı çətinliklərin aradan qaldırılması üçün zəruri addımlar atın. Verdiyiniz vədə əməl edin, dediklərinizi unutmayın. Həmkarlarınız və şərikləriniz arasında nüfuzunuza xələl gələcək situasiyanın yaranmasına imkan verməyin.
Günün ikinci yarısında hansısa işlər əvvəlcədən hazırlanmış planda dəyişikliklər etmək zəruridir. Seçilmiş kursdan sapmayın.
Axşam saatlarını ailə üzvlərinə həsr edin. Səmimi və qayğıkeş olun.
Əkizlər - önəmli məsələlərin həllində ciddi olun. Şit zarafatlar edən, təlxək təsiri bağışlayan insanlardan uzaq durun. Tapşırıqları vaxtında yerinə yetirin. Ağır işləri görməkdən qaçmayın.
Günün ikinci yarısında fəaliyyətiniz cari situasiyaya uyğunlaşdırılmalıdır. Maliyyə məsələlərində diqqətli olun, sayıq davranın. Ödənişlərin gecikməsini istisna edin.
Axşam saatlarında çətin anlar yaşasanız, yaxınlarınız sizə yardım edəcəklər.
Xərçəng - əvvəlki anlaşmaları və sövdələşmələri unutmayın. Yarımçıq işləri başa vurun. Fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdəki anlaşılmazlıqları aradan qaldırın. Yaxın ətrafınızdakı insanlarla maraqlarınız üst-üstə düşərsə, sərinləmiş tərəfdaşlıq münasibətlərini bərpa etmək olar.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla kəskin mübahisələrə başlamayın. Qarşı tərəfi dinləməyi bacarın. Əks təqdirdə tək qala bilərsiniz.
Şir - məqsədə doğru aparan yoldakı müxtəlif sədlər və problemləri aradan qaldırmaq üçün təşəbbüskar olun. Situasiya o qədər də sərfəli, rahat deyil. İrəliyə doğru usanmadan, yorulmadan hərəkət edin.
İradə əsas məsələdir.
Günün ikinci yarısında ailə üzvlərindən birinin yardıma ehtiyacı yaranacaq. Qayğınızı əsirgəməyin. Dostlar və qohumların dediklərinə qulaq asın, amma münasib saydığınız qərarı qəbul edin.
Xroniki xəstəliklərin yaranmasının qarşısını almağın ən yaxş yolu müayinədir.
Qız - önəmli qərarlar və çətin danışıqlar zamanıdır. Yaxın gələcəkdəki işləriniz, perspektivləriniz bugünkü davranışınızdan asılıdır. İfrat dərəcədə mühafizəkar olan hadisələrin ənənəvi axarını pozmaqdan çəkinməyin.
Günün ikinci yarısında eksperimentə başlamaq, risk etmək olar. Şəxsi münasibətlərdə, habelə işdə yeniliklər olacaq.
Planlarınızda ehtiyatlı olun.
Axşam saatlarında yaxınlarınızla təmaslarda səbrli, soyuqqanlı olun.
Tərəzi - çətin, qarışıq gündür. Ən sadə təsir bağışlayan məsələlər elə çətinləşəcək ki, çıxış yolunu tapmaq ağırlaşacaq. Məişət qayğıları təcili həllini tələb edir. İşdə rəhbərlikdən yeni tapşırıq alacaqsınız.
Günün ikinci yarısında mürəkkəb işi qısa müddətə başa vurmaq zərurəti ilə qarşılaşacaqsınız. Maliyyə və pul müstəvisində əsəbləri gərəcək qarşıdurmaya başlamayın.
Amma belə situasiya olarsa, mənasız xeyriyyəçilik etməyin, borcları bağışlamayın, maraqlarınızın tapdanmasına imkan verməyin.
Axşam saatlarında biznes və daşınmaz əmlakla bağlı məsələlərdə maksimum dərəcədə ehtiyatlı davranın.
Əqrəb - yaranan problemləri dərhal həll edin. Çözüm prosesini təxirə salmayın, cavab tələb edən sualların araşdırılmasını ertələməyin. İşgüzar məsələlərin yoluna qoyulmasında nə qədər cəsarətli olsanız, bir o qədər yaxşıdır.
Günün ikinci yarısında sevdiyiniz insanla romantik anlar yaşayacaqsınız. Hisslərinizin sınanmasına ehtiyac duyulmur. Yalan danışmayın, yetər.
Axşam saatlarını özünüzə həsr edin.
Oxatan - qəti qərar verməzdən əvvəl yaxşı düşünün. Sadəlövh olmayın, hər deyilən sözə inanmayın. Elementar təhlükəsizlik qaydalarına riayət edin. Ətrafınızdakı insanların tələblərini birmənalı şəkildə qulaqardına vurmayın.
Günün ikinci yarısında bəlli qaydalar çərçivəsində çalışmaq sizi çox bəlalardan hifz edəcək. Mübahisələrdə kiçik də olsa, güzəştlərə meylli olun. Sizə qarşı tələblər və iradlarla çıxış edən insanın sözlərinə qulaq asın.
Aqressiv olmayın.
Oğlaq - emosional baxımdan dayanıqlı olun. Dəmir qətiyyətiniz, iradəniz və təmkininiz olmalıdır. Yaşamın az qala bütün sahələrində qəfil hadisələr, təsadüflər sizi sınağa çəkəcək.
Günün ikinci yarısında səbrli olsanız, potensial və resurslara qənaət edəcəksiniz. Maliyyə məsələrində risk etməyin. Bununla belə, şanslarınızı da vaxtında dəyərləndirin. Rəqiblərin kölgəsində qalmayın, fatalist olmayın.
Gəlir mənbələrinizi artıra bilərsiniz. Axşam saatlarında sakit olun, dialoqları konstruktiv məcrada qurun.
Dolça - peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir. Qətiyyətli, əzmkar olun. Kimsənin qarşısında geri çəkilməyin. Fövqəladə vəziyyətlərdən çıxış yolunu sürətlə arayın. Astagəl və ləng olmayın.
Günün ikinci yarısında bəzi qərarlarınızı yaxın ətrafınızdakı insanlar bəyənməyə bilərlər. Səbrli olun, qəlb qırmayın.
Səhhətinizə ziyan vuracaq əməllər etməyin. Sınanmış vasitələr arzuolunmaz effekt verə bilər.
Balıqlar - ehtiyatlı, sayıq olun. Əvvəllər əldə etdiyiniz təcrübələr sizi yeni səhvlərdən hifz edəcək. Peşəkar fəaliyyət müstəvisindəki mümkün dəyişiklikləri sakit, təmkinlə qəbul edin.
Günün ikinci yarısında intuisiyanıza güvənərək məntiqsiz addımlar atmayın.
Axşam saatları dostlarla görüşlər üçün əlverişlidir. Bədxərclik etməyin.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:50 / 02.07.2021
Bürclər bu günə nə vəd edir?
Hazırda oxunan: Bürclər bu günə nə vəd edir?
Hazırda oxunan: Bürclər bu günə nə vəd edir?
27016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.