Paytaxtda taksi sürücüsü gedişhaqqına görə sərnişini DÖYDÜ

Hazırda oxunan: Paytaxtda taksi sürücüsü gedişhaqqına görə sərnişini DÖYDÜ

270092

Bakıda taksi sürücüsü gedişhaqqına görə sərnişini döyüb.

Bizim.Media “Lent.az”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

24 yaşlı Fərdi Hümbətovun (ad və soyad şərtidir) taksi kimi idarə etdiyi “Toyota” markalı avtomobilə əyləşən sərnişin gedişhaqqını tam ödəməyib.

Buna görə də tərəflər arasında mübahisə yaranıb. Bu zaman sərnişin sürücünü söyüb. Bundan hiddətlənən Fərid sərnişinə yumruq və təpiklə zərbələr vurub. Nəticədə zərərçəkənin çənəsi əzilərək, şişib.
 

Bu hərəkətinə görə, Fərid Hümbətov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb. İstintaq zamanı zərərçəkən Fəridi bağışladığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, cinayət işinə xitam verilməsini xahiş edib.


Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Fərid Hümbətov barəsində açılan cinayət işinə xitam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin