Şagirdlərin dərsə fəal cəlb olunması 24% kafi, 3% yaxşı qiymətləndirilir.
Bizim.Media xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.
O, bildirib ki, dərs dinləmə nəticələrinə görə, dərslərdə şagirdlərin çoxu passiv dinləyici kimi iştirak edir:
"Müəllimlər adətən yuxarı öyrənmə bacarığı olan bir neçə şagirdlə işləyirlər, digərləri isə diqqətdən kənarda qalır. Dərslərdə differensial yanaşmanın tətbiqi müşahidə olunmur".
O əlavə edib ki, hər 10 dərsdən təxminən 3-də müəllimlər vaxt və resurslardan səmərəli istifadə edir.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media