Çernobıl AES-də qəza nəticəsində zərər çəkmiş vətəndaşların dərman preparatları ilə təmin olunması qaydasına dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş naziri Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, siyahıda ambulator müalicəsi Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının sırasına dərman vasitəsi kimi tibdə istifadə edilən psixotrop maddələr də əlavə edilib.
Həmçinin, bu qayda Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər və şəhid ailələrinə də şamil edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:21 / 11.09.2025
Bir sıra şəxslərə dərman vasitəsi kimi psixotrop maddələr pulsuz veriləcək – QƏRAR
Hazırda oxunan: Bir sıra şəxslərə dərman vasitəsi kimi psixotrop maddələr pulsuz veriləcək – QƏRAR
Hazırda oxunan: Bir sıra şəxslərə dərman vasitəsi kimi psixotrop maddələr pulsuz veriləcək – QƏRAR
269892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.