Kimlərə oruc tutmaq olmaz?- İlahiyyatçıdan açıqlama...

Hazırda oxunan: Kimlərə oruc tutmaq olmaz?- İlahiyyatçıdan açıqlama...

269860
Artıq iki gündür ki, Müqəddəs Ramazan ayı başlayıb. İnsanlarımız bu ayda oruc tutaraq öz nəfsləriylə mübarizə aparırlar. Bəs hansı insanlara oruc tutmaq olmaz?xa0

Moderator.az-ın sualını Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşhədi Dadaş məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli cavablandırdı:xa0

“Oruc tutmaq o insanlara məsləhət deyil ki, həkimlər oruc tutumağın onların səhhəti üçün ziyanlı olduğunu bildirirlər. Yəni hər bir xəstəliyə görə orucu pozmamaq olmaz. Eyni zamanda hamilə qadınlar, süd verən analar, həddən artıq zəifləmiş yaşlı insanlar, on gün müddətindən az səfərə gedən, yəni öz yaşadığı şəhərdən 45 kilometr məsafədə qalarsa, oruc tutmamalıdır. Ümumiyyətlə, “Qurani-Kərim”də də bununla bağlı ayələr var və buyurulur ki, “Allah sizdən çətinlik yox, asanlıq istəyir”. Ona görə ki, bizim dinimiz asan bir dindir insanları məşəqqətə salmağı qəbul etmir.xa0

Bəzi insanlar var ki, görürəm ki, xəstəlikləri var, amma oruc tuturlar. Onlara müraciət edərək demək istəyirəm ki, xəstəlik halında oruc tutmaq haramdır. Yəni o insanlar narahat olmasınlar. Bir insanın arzusu varsa oruc tutsun, lakin buna sağlıq durumu imkan vermirsə, o, insan oruc tutanların sırasındadır. Mühüm olan oruc tutub-tutmamaq yox, Allahın əmrinə itaət etməkdir. Əgər Allah oruc tutmağı haram buyurursa, o zaman oruc tutmamağın savabı elə oruc tutmaq qədər ola bilər. Çünki savablar niyyətə bağlıdır. Hər bir halda bu insanlar oruc tutmaqdan azaddırlar. Bəzi hallarda isə oruc tutmaq haram hesab olunur".xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin