Toydan qayıdarkən qəzaya düşən şəxslərin SON DURUMU

Hazırda oxunan: Toydan qayıdarkən qəzaya düşən şəxslərin SON DURUMU

269859

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Bizim.Media-ya verilən məlumata görə, 10.09.2025-ci il tarixində Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 18 radələrində 4 nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda 3 nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Onlardan bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti stabil qiymətləndirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin