Bakıda müəllimlər bu qədər maaş alırlar – Rəsmi

Hazırda oxunan: Bakıda müəllimlər bu qədər maaş alırlar – Rəsmi

269810

Bakıda müəllimlərin orta aylıq maaşı mövzusu cəmiyyətin daim maraq göstərdiyi məsələlərdən biridir.

Bizim.Media “baku.ws”ə istinadla xəbər verir ki, təhsil işçilərinin əməkhaqqı yalnız onların sosial rifahına deyil, həm də ümumilikdə təhsil sisteminin inkişafına birbaşa təsir göstərir.

Müəllim maaşlarının səviyyəsi həm peşəyə marağın formalaşmasında, həm də təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

Son illərdə Azərbaycanda müəllimlərin əməkhaqlarında mərhələli artımlar həyata keçirilsə də, xüsusilə Bakı kimi iri şəhərdə orta aylıq maaşların real yaşayış xərcləri ilə nə dərəcədə uzlaşdığı tez-tez müzakirə mövzusuna çevrilir.

Hazırda müəllimlərin aldıqları məvacib mövzusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirildi ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin ötən dərs ili üzrə orta aylıq əmək haqqı 1065 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 648 manat təşkil edir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin