Şuşakənd, Qırmızı bazar və Sosa köç karvanı yola salındı – FOTO

Hazırda oxunan: Şuşakənd, Qırmızı bazar və Sosa köç karvanı yola salındı – FOTO

269803

Sentyabrın 11-i respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin bir qrupu Xocalı rayonunun Şuşakənd və Xocavənd rayonunun Qırmızıbazar və Sos kəndlərinə yola salınıb.

Bizim.Media xəbər verir ki, ilk mərhələdə Şuşakəndə 15 ailə (59 nəfər), Qırmızıbazara 10 ailə (39 nəfər), Sos kəndinə isə 10 ailə (45 nəfər) köçürülür.

Doğma yurduna qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin