Azərbaycan Çinlə dəmir yolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüsləri müzakirə edib - FOTO

Hazırda oxunan: Azərbaycan Çinlə dəmir yolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüsləri müzakirə edib - FOTO

269798

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) "Bakı Beynəlxalq Dəniz Limanı" MMC ilə Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının törəmə müəssisəsi olan "CRCT Qazaxıstan" beynəlxalq logistika şirkəti arasında Çinlə Azərbaycan arasında dəmir yolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüslər müzakirə olunub .

Bu barədə Bizim.Media-ya ADY-dən məlumat verilib.

Bildirilib ki, bu müzakirələr "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahovun beynəlxalq logistika şirkətinin baş direktoru Day Hanşenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən aparılıb.

Görüş zamanı ikitərəfli əməkdaşlığı gücləndirmək, potensial əməkdaşlıq sahələrini araşdırmaq müzakirə olunub.

Həmçinin görüşdə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, nəqliyyat və logistika sektorlarında qarşılıqlı artım və inkişaf üçün yeni imkanlarının müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sonda qonaqlar Bakı Limanının terminalları, texniki imkanları və əməliyyat prosesi ilə tanış olublar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin