Nərə balığı və 5 kiloqrama yaxın kürünün qanunsuz satışı AŞKARLANDI - FOTO

Hazırda oxunan: Nərə balığı və 5 kiloqrama yaxın kürünün qanunsuz satışı AŞKARLANDI - FOTO

269773

Azərbaycanda sosial şəbəkələrdə dəniz balığı adı ilə qanunsuz satış aparanlardan 8 kiloqramlıq nərə balığı, hər birinin çəkisi 1 355 qram olan 3 ədəd və hər birinin çəkisi 113 qram olan 7 ədəd nərə kürüsü aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirliyin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndələrinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə keçirdiyi reyd nəticəsində bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslər müəyyən edilib.

"İlkin ekspertizanın rəyinə görə, satılan balıq məhsullarının təsərrüfat şəraitində yetişdirildiyi ehtimal olunur. Faktla bağlı istintaq davam edir. Qanunsuz balıq ovu və qadağan olunmuş balıqların ovlanması, emalı və satışı qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək",-deyə məlumatda qeyd edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin