DİQQƏT: Hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Hazırda oxunan: DİQQƏT: Hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

269761

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, sentyabrın 11-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 14-ü gündüz saatlarına qədər davam edəcək. Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 3-5 metrə çatacağı proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin