“Hara baxırsan, sahibsiz itdir” – Zaqatalada valideynlər şagirdlərə görə NARAHATDIR – FOTO

Hazırda oxunan: “Hara baxırsan, sahibsiz itdir” – Zaqatalada valideynlər şagirdlərə görə NARAHATDIR – FOTO

269703

Növbəti dərs ilinin başlanmasına sayılı günlər qalır. Əksər valideynlərin xüsusən də övladını ictimai nəqliyyatla dərsə yola salan yaxud piyada gedib-gələnlərin bir qayğısı var - sahibsiz itlərin təhlükəsi...

Bizim.Media-nın yerli bürosu bildirir ki, bu problem tək Zaqatalada deyil, bölgənin digər qonşu rayonlarında da yaşanır.

Zaqatala sakinləri şəhərin müxtəlif məkanlarında sürü ilə gəzən itlərin əsasən xəstəlik mənbəyi olduğunu deyir. Ötən il sahibsiz itlərdən zərər görənlərdən biri də Vəfa Musayeva olub. Onun məktəbli övladını it dişləyib xəsarət yetirmişdi. Qadının sözlərinə görə uşağın müalicəsi günlərlə davam etsə də, onun yaşadığı stress və həyəcan hələ də davam edir. Bu gün də uşağı küçəyə çıxanda tək yol getməkdə çətinlik çəkir. 

"Hara baxırsan sahibsiz itdir. İnsanlar sərbəst hərəkət etməyə qorxurlar”.


Bu fikirlər isə Ruzi Əliyevə məxsusdur. “Biz yay boyu uşaqları küçədə oynamağa göndərən zaman çalışırdıq ki, onları nəzarətsiz buraxmayaq. Küçənin müxtəlif istiqamətlərində gəzən itlər hər an peyda olur və ac qaldıqlarından uşaqlara hücum çəkirlər.  Digər tərəfdən onların əksəri xəstədir və xüsusi vasitələrlə yığılmasına böyük ehtiyac var. Doğrusu müvafiq şəhər təsərrüfatı idarələri ötən illərdə bir neçə dəfə belə itləri yğıb sığınacaqlara təhvil versələr də, sonradan yenə sayları artmağa başladı”, - deyə, fikrini bildirdi.

Mövzu ilə bağlı kimi dindirsən, sorğu etsən ümimi bir fikir, bir xahiş eşitmək olar –“xahiş edirik, küçələrdəki sahibsiz itlərə bir əncam çəksinlər. Bununla bağlı ciddi tədbir görülməlidir”. 


Məsələ ilə əlaqədar şəhər təsərrüfatı və bələdiyyə orqanları ilə əlaqə saxlayıb bu istiqamətdə görülən və görüləcək işlərlə maraqlandıq. Bildirildi ki, əvvəlki illərdən fərqli olaraq şəhər ərazisində sahibsiz itlərin sayı xeyli azalıb. Çünki onların əksəri yığılaraq peyvənd olunub, bir çoxu sığınacağa verilib. Lakin itlər də bir yerdə dayanmır, yerlərini dəyişir. Bu baxımdan saylarının artması təbiidir.
 

Şəhər təsərrüfatına məsul olan şəxslər əvvəlki illərdə də belə bir təkliflə çıxış etmişdir ki, sahibsiz itlər üçün sığınacaqların təşkili zəruridir. Buna görə təklif və rəylər hazırlanaraq müvafiq qaydada verilib.

Lakin bunun üçün xeyli vəsait tələb olunur ki, bu da hələlik mövcud imkanlar xaricindədir. Bu baxımdan ildə bir neçə dəfə ümumi tədbirlərlə itlər peyvənd olunur ya da yığılaraq sığnacaqlara göndərilir.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin