Lerikdə 38 yaşlı qadın təndir qalayarkən XƏSARƏT ALDI

Hazırda oxunan: Lerikdə 38 yaşlı qadın təndir qalayarkən XƏSARƏT ALDI

269597

Lerik rayonunun Dəvrədibi kənd sakini, 1987-ci il təvəllüdlü Günel Əşrəfova təndir qalayarkən benzindən istifadə edib və üzərinə alov yayılıb.
 

Xəsarət alan şəxs ətrafdakıların köməyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona travmatik şok, gövdə, yuxarı ətraflar, çiyin qurşağı, baş və boyun nahiyələrinin ikinci dərəcəli yanığı diaqnozu qoyublar.


İlkin tibbi yardım göstərildikdən sonra G.Əşrəfova reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda vəziyyəti ağırdır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin