Qusarın Düztahir kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Hazırda oxunan: Qusarın Düztahir kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

269589

Qusar Rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov rayonun Düztahir kəndində səyyar qəbul keçirib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, səyyar qəbulda RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
 

Görüş zamanı sakinlər kəndin qazlaşdırılması, istismar müddətini başa vurmuş elektrik dirəklərinin yenilənməsi, torpaq sahələrinin dəqiq koordinatlarının müəyyənləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərini ediblər.


Görüşdə həmçinin çay məcrasından çınqıl və daş materialının daşınmasına yol verilməməsi, kənddə ödəniş terminalının quraşdırılması ilə bağlı məsələlər də qaldırılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov vətəndaşları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin