Sabah Masallıda QAZ OLMAYACAQ

Hazırda oxunan: Sabah Masallıda QAZ OLMAYACAQ

269585

Sentyabrın 10-da Masallının bir sıra ərazilərində qazın verilişində məhdudiyyətlər olacaq.

Bizim.Media xəbər verir ki, bu haqda Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilir ki, Masallı rayonu ərazisində yerləşən sənaye və əhali qaz xətlərində aşkar olunmuş qaz sızmalarını aradan qaldırmaq məqsədilə 10.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək Təklə, Əhmədli, Sığıncaq, Xoşçobanlı, Stansiya Masallı, Ləngan, Mollahəsənli, Həsənli, Hacıtəpə, Xırmandalı, Köçəkli, Ərəb, Təkdam, Məmmədxanlı, Xallı-Callı, Kürdəbaz, Qədirli, Qarğalıq, Eminli, Viləş, Yeddioymaq-1, Yeddioymaq-2, Şıxlar, Qasımlı, Qızılağac, Alışanlı, Bala Təklə və Səmidxan-1 kəndlərinin ümumilikdə 10 300 abonentinin və 37 sənaye obyektinin qaz təchizatının dayandırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin