Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib.
Bizim.Media xəbər verir ki, bu nöqsanlar Hesablama Palatası 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi"nin maliyyə vəsaitlərinin istifadəsinə dair audit yoxlaması zamanı aşkarlanıb.
Naxçıvan-Bakı istiqamətində avtobus biletlərinin satışı zamanı kassa sənədləşdirilməsi aparılmayıb.
Kassa sənədləşdirilməsi aparılmadan Naxçıvan–Bakı biletlərindən 1,5 milyon manata yaxın vəsait toplanıb, bunun 78%-i sürücülərə əlbə-əl verilib.
Şəhərlərarası 580 avtobus biletinin dəyəri 3 828 manat olmaqla audit prosesində tam şəkildə Agentliyin hesabına qaytarılıb. Naxçıvan-Bakı istiqamətində avtobus biletlərinin satışı zamanı kassa sənədləşdirilməsi aparılmayıb: 2023-cü ildə 593 436 manat, 2024-cü ildə isə 919 950 manat pul vəsaiti qeyri-rəsmi qaydada paylanıb, yalnız 22 %-i rəsmi yolla mədaxil olunub.
Həmçinin məlum olub ki, agentlik balansındakı 2 sərnişin avtobusu metal qəbulu məntəqəsinə verilmiş, lakin 2025-ci il fevralın 26-dək vəsait Agentliyin hesabına daxil olmayıb. Audit zamanı müəyyən edilib ki, 2 220 manat vəsait yayındırılıb, onlardan 602 manat bərpa edilib.
Bizim.Media