Sürücülərin DİQQƏTİNƏ: Bakının daha bir küçəsində təmir aparılacaq

Hazırda oxunan: Sürücülərin DİQQƏTİNƏ: Bakının daha bir küçəsində təmir aparılacaq

269359

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində təmir işlərinə başlanılır.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
 

Məlumata əsasən, qəsəbənin Yavər Əliyev küçəsində (Oskar Əfəndiyev küçəsi ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyə qədər olan hissədə) sentyabrın 9-da saat 15:00-dan etibarən təmir işlərinə başlanılacaq.


Təmir işləri ilə əlaqədar olaraq göstərilən küçə üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

AAYDA sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin