Həftəsonu ictimai-iaşə obyektlərində monitorinqlər KEÇİRİLƏCƏK

Hazırda oxunan: Həftəsonu ictimai-iaşə obyektlərində monitorinqlər KEÇİRİLƏCƏK

269348

Azərbaycanda fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
 

O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları sentyabrın 13-dən etibarən ictimai-iaşə obyektləri və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq:


"Monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən ediləcək və onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək. Obyekt sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar və qurğuların filtrlərini vaxtında yeniləsinlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin