Goranboyda xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Türkiyə vətəndaşı 2002-ci il təvəllüdlü Ş.T.Əli oğlu "Mercedes" markalı yük maşını ilə Bakı-Qazax yolunun Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Hadisə zamanı maşın dəmir arakəsməni qıraraq yolun əks istiqamətinə keçib və yol kənarında dayanan VAZ 2104 markalı avtomobili vurub.
Bundan sonra yük maşını Goranboy şəhər sakini 1965-ci il təvəllüdlü T.Xəlilova məxsus obyektə çırpılıb.
Hadisə zamanı mağazada xəsarət alan olmayıb. Yalnız yük maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanasına aparılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
18:48 / 07.09.2025
Goranboyda qəzanı Türkiyə vətəndaşı törədib - TƏFƏRRÜAT
Hazırda oxunan: Goranboyda qəzanı Türkiyə vətəndaşı törədib - TƏFƏRRÜAT
Hazırda oxunan: Goranboyda qəzanı Türkiyə vətəndaşı törədib - TƏFƏRRÜAT
269178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.