Ötən gün Biləcəri qəsəbəsində yük avtomobilinin körpüdən aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə zamanı həmin ərazidən keçən 92 nömrəli marşrut avtobusunun sürücüsü peşəkarlıq göstərərək sərnişinləri təhlükədən qoruyub.
Sürücü İTV-yə açıqlamasında bildirib ki, qırmızı işıqda dayanıb. Lakin birdən yuxarıdan yük avtomobilinin gəldiyini görüb və dərhal arxa istiqamətə hərəkət etməyə məcbur olub:
"Arxaya verməsəydim, sərnişinlər xəsarət alacaqdılar. Saniyələr önəmli idi. Qabağa gedə bilməzdim, yol dolu idi. Məcburiyyət qarşısında qaldım və arxaya verərək sərnişinləri xilas etdim. Heç bir şey ağımdan keçmirdi, əsas məqsəd sərnişinləri təhlükəsiz şəkildə qorumaq idi".
Sürücünün düzgün və vaxtında reaksiyası sayəsində hadisə daha ciddi fəsadlarla nəticələnməyib.
Daha ətraflı İctimai Televiziyanın (İTV) videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:39 / 07.09.2025
Sərnişinləri ölümdən xilas edən avtobus sürücüsü hadisə anını DANIŞDI - VİDEO
Hazırda oxunan: Sərnişinləri ölümdən xilas edən avtobus sürücüsü hadisə anını DANIŞDI - VİDEO
Hazırda oxunan: Sərnişinləri ölümdən xilas edən avtobus sürücüsü hadisə anını DANIŞDI - VİDEO
269177
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.