Gəncədə ev uçqu - 1 ölü, 3 yaralı var - VİDEO

Hazırda oxunan: Gəncədə ev uçqu - 1 ölü, 3 yaralı var - VİDEO

269151

Gəncə şəhərində ev tikintisi zamanı uçqun baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Tikinti zamanı baş verən uçqun nəticəsində 1985-ci il təvəllüdlü usta T.Kərimov dağıntılar altında qalaraq həyatını itirib.

İlkin məlumata görə, üç nəfər dağıntılar altından xilas edilib.
 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb olunub. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.


Faktla bağlı araşdırma aparılır. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin